!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Saat zənginə qalxmaq sağlamlıq üçün ZƏRƏRLİDİR - TƏDQİQAT

!Reklam – Yazi

Saat zənginə qalxmaq ürək və damarlar üçün zərərlidir.

Yenicag.az xəbər verir ki, bu nəticəyə Virciniya Universitetinin Tibb bacısı fakültəsinin amerikalı alimləri gəliblər.

Tədqiqatın müəlliflərindən biri, doktorant Kim Yonsu zəngli saatın səsinə oyanmağın sağlamlıq üçün mənfi nəticələrə səbəb ola biləcəyini müəyyən edib. Məsələn, hipertoniyaya səbəb olur, insult və miokard infarktı riskini artırır.

Tədqiqatda 32 nəfər iştirak edib. Subyektlər 14 gün ərzində qan təzyiqinin göstəricilərini qeyd edən ağıllı saat taxıblar. İlk gün könüllülər zəngli saat olmadan təbii şəkildə özləri oyanmalı olublar. Təcrübənin ikinci mərhələsində iştirakçılar yuxuya getdikdən 5 saat sonra səslənən zəngli saatla ayağa qalxıblar.

Məlum olub ki, həyəcan siqnalı ilə oyanmaq qan təzyiqinin kəskin artmasına səbəb olub. Bu vəziyyət nizamlı olarsa, hipertoniyaya tutulma riski 74% artır.

Bundan əlavə, təzyiq artımları simpatik sinir sisteminin fəaliyyətini stimullaşdırır, bu da stress altında həyati orqanlara qan axını artırır. Bu, vazokonstriksiyaya və ürəyə stressin artmasına səbəb olur.

Alimlər onu da qeyd ediblər ki, yuxusuz vəziyyətdə zəngli saata oyanmaq bir çox sağlamlıq problemlərinə səbəb ola bilər.

Tədqiqat haqqında daha ətraflı məlumat Virciniya Universitetinin saytında dərc olunub.

Xuraman Etibarlı

www.yenicag.az

283
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv