!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Saatlıda yanğının qəsdən törədildiyi məlum oldu - VİDEO

!Reklam – Yazi

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən yanğını törədən şəxs müəyyən olunub.

Bu barədə Yenicag.az-a nazirlikdən məlumat verilib.

Belə ki, avqustun 26-da Saatlı rayonu, Nəsimikənd kəndində Bayraqdarov Bahadur Zeyni oğluna məxsus təsərrüfat obyektində yanğın hadisəsi olub. Hadisə nəticəsində həmin şəxsə məxsus mişar daşından inşa olunmuş ümumi sahəsi 150m² olan təsərrüfat obyekti və 1000 ədəd ot bağlaması yanaraq yararsız hala düşüb. Yanğınsöndürənlər tərəfindən yanğın söndürülərək ətraf tikililərə keçməsinin qarşısı alınıb.

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən keçirilən tədbirlər nəticəsində yanğının 1974-cü il təvəllüdlü Səfərov Kamil Kamal oğlu tərəfindən törədildiyi müəyyən edilib və o, hadisəni törətdiyini etiraf edib.

Yanğının baş verməsində təqsirkar şəxs Səfərov Kamil Kamal oğlu barəsində inzibati xəta haqqında protokol tərtib olunub.

www.yenicag.az

431
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv