!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Sabah” “Kəpəz”ə 5 qol vurdu

!Reklam – Yazi

Futbol üzrə Azərbaycan Premyer Liqasında IX tura yekun vurulub.

Yenicag.az xəbər verir ki, turun və I dövrənin son matçında “Sabah” evdə “Kəpəz”lə qarşılaşıb. “Bank Respublika Arena”dakı görüş meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə başa çatıb.

Paytaxt təmsilçisindən qolları 22-ci dəqiqədə Coy Lens Mikels, 39 və 52-ci dəqiqələrdə Aleksey Kaşuk, 42-ci dəqiqədə Anatoli Nuriyev və 82-ci dəqiqədə Namik Ələskərov vurub.

Bu nəticədən sonra xallarını 23-ə çatdıran “Sabah” 2-ci pillədəki mövqeyini qoruyub. 4 xalı olan “Kəpəz” isə 8-ci sırada yer alıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Zirə” evdə “Şamaxı”nı, “Səbail” “Sumqayıt”ı , “Qarabağ” səfərdə “Qəbələ”ni 1:0 hesabı ilə məğlub edib, “Neftçi” isə “Turan Tovuz”la qolsuz heç-heçəyə razılaşıb.

www.yenicag.az

359
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv