!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sabah Moskvada Türkiyə, Rusiya, Suriya və İran müdafiə nazirləri görüşəcək

!Reklam – Yazi

Sabah Türkiyə, Rusiya,Suriya və İran müdafiə nazirləri arasında dördtərəfli görüş keçiriləcək.

Yenicag.az-ın “Haberturk”ə istinadən xəbərinə görə, bu barədə Türkiyənin milli müdafiə naziri Hulisi Akar deyib.

Dekabrın 28-də Moskvada Türkiyə-Rusiya-Suriya müdafiə nazirləri və kəşfiyyat rəhbərlərinin iştirakı ilə üçtərəfli görüşün keçirildiyini xatırladan Hulisi Akar, qarşılıqlı fikir mübadiləsinin aparıldığı görüşdə bunların davam etdirilməsi üçün razılıq əldə edildiyini bildirib: “İranın bu görüşlərdə iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb. Bu, müvafiq orqanlar tərəfindən təsdiqlənib. Bu dəfə dördlük olaraq müdafiə nazirləri və kəşfiyyat rəislərinin iştirak edəcəyi görüşə hazırlaşırıq”.

Görüşün aprelin 25-də Moskvada keçirilməsinin planlaşdırıldığını vurğulayan nazir deyib: “Məqsədimiz buradakı problemləri danışıqlar yolu ilə həll etmək və ən qısa zamanda bölgədə sülh və əmin-amanlığın hökm sürməsini təmin etməkdir”.

www.yenicag.az

270
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv