!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sabah NATO Hərbi Komitəsinin Baş Qərargah rəislərinin iclası keçiriləcək

!Reklam – Yazi

Sabah, yanvarın 19-da NATO Hərbi Komitəsinin Baş Qərargah rəislərinin iclası keçiriləcək.

Yenicag.az xəbər verir ki, bu barədə Alyansın mətbuat xidmətindən bildirilib.

İclas qurumun Belçikanın paytaxtı Brüssel şəhərindəki mənzil-qərargahında keçiriləcək.

Qeyd olunub ki, Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı da iclasda iştirak edəcək. O, toplantıya videoəlaqə vasitəsilə qoşulacaq.

İclasda Rusiya-Ukrayna müharibəsinin müzakirə olunacağı, həmçinin savaşla bağlı mühüm qərarların qəbul olunacağı gözlənilir./Report/

www.yenicag.az

283
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv