!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Sabah”-“Neftçi” qarşılaşması heç-heçə bitdi

!Reklam – Yazi

Azərbaycan Premyer Liqasında III tura yekun vurulub.

Yenicag.az xəbər verir ki, bağlanış matçında “Sabah” və “Neftçi” komandaları üz-üzə gəliblər.

Həftəiçi UEFA Konfrans Liqasında rəqiblərinə məğlub olaraq avrokuboklarla vidalaşan Bakı təmsilçiləri “Bank Respublika Arena”da qarşılaşıblar.

Əliyar Ağayevin idarə etdiyi paytaxt derbisində hesabı meydan sahibləri açıblar. 43-cü dəqiqədə Boyan Letiç dəqiq zərbə ilə toru silkələyib. Fasilədən dərhal sonra “status-kvo” bərpa olunub. 49-cu dəqiqədə “Sabah”ın müdafiəçisi Con İrasabal avtoqol müəllifi olub.

Qalan dəqiqələrdə komandaların cəhdləri bir nəticə verməyincə, görüş 1:1 hesabı ilə başa çatıb. Yalnız “Sabah”ın baş məşqçisi Murad Musayev son dəqiqələrdə qırmızı vərəqə almaqla diqqət çəkib.

Bu nəticədən sonra “Sabah” xallarının sayını 4-ə, “Neftçi” isə 2-yə yüksəldib.

Turun əvvəlki oyunlarında “Turan Tovuz” “Kəpəz”i (2:0), “Sumqayıt” “Qəbələ”ni (2:1), “Zirə” “Səbail”i (2:1) səfərdə, “Qarabağ” isə “Araz-Naxçıvan”ı (2:1) öz meydanında məğlub edib.

Qeyd edək ki, Premyer Liqada IV turun oyunları avqustun 25-27-də keçiriləcək./Report/

www.yenicag.az

262
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv