!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Sabah” “Neftçi”yə qalıb gəldi

!Reklam – Yazi

Futbol üzrə Azərbaycan Premyer Liqasında III turun daha bir oyunu keçirilib.

“Report”un məlumatına görə, günün yeganə matçında “Neftçi” “Sabah”ın qonağı olub. “Bank Respublika Arena”dakı qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

37-ci dəqiqədə Murad Musayevin baş məşqçi olduğu komanda 11 metrlik cərimə zərbəsindən yararlana bilməyib. Kristian Sebalyosun vurduğu topu “ağ-qaralar”ın qapıçısı İvan Brkiç çıxarıb. Hesabı ilk hissənin əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə qonaqların yarımmüdafiəçisi Yusuf Laval açıb. 78-ci dəqiqədə “Sabah”dan Aleksey İsayev penaltidən tarazlığı bərpa edib. Əsas vaxta əlavə olunmuş 1-ci dəqiqədə isə Emanuel Apeh penaltini dəqiq yerinə yetirməklə, komandasına qələbə qazandırıb. Bu, “Sabah”ın evdə “Neftçi” üzərində ilk qələbəsi olub.

Bu qələbədən sonra xallarını 9-a çatdıran “Sabah” liderliyini möhkəmlədib. “Neftçi” isə 6 xalla 2-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, turun açılış matçında “Şamaxı” evdə “Səbail”lə 1:1 hesablı heç-heçə edib. Avqustun 21-də “Kəpəz” “Qəbələ” ilə, “Zirə” “Sumqayıt”la qarşılaşacaq. “Turan Tovuz” – “Qarabağ” matçı isə “köhlən atlar”ın Çexiyada “Viktoriya” (Plzen) komandasına qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununa daha yaxşı hazırlaşa bilməsi səbəbindən təxirə salınıb.

www.yenicag.az

459
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv