!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Sabah Paşinyan deyəcək ki, sülh naminə İrəvan təslim edilməlidir” – Erməni siyasətçi

!Reklam – Yazi

“Paşinyan Ermənistan Konstitusiyasını dəyişdirməyə hazırlaşır ki, bu da dövlətimizin əsaslarının aradan qaldırılması deməkdir”.

Yenicag.az erməni mediasına istinadla xəbər verir ki, bunu fevralın 2-də jurnalistlərlə söhbətində “Ana Ermənistan” blokunun rəhbəri Andranik Tevanyan deyib.

“Əvvəllər Paşinyan deyirdi ki, Qarabağ sülh üçün təslim olmalıdır, indi Konstitusiyanın dəyişdirilməsindən danışır.
Sabah isə deyəcək ki, biz İrəvanı təslim etməliyik ki, sülh olsun. Amma belə getsə, sülh olmayacaq”, – Tevanyan bildirib.

O əlavə edib ki, Paşinyanın partiyası müharibə və məğlubiyyət partiyasıdır.

“Sülhə nail olmaq üçün imkanlar var. Bunu real, təbii müttəfiqlərlə münasibətləri bərpa etməklə, ordunun döyüş effektivliyini bərpa etməklə və ölkədə daxili həyatı yaxşılaşdırmaqla etmək olar”, – Tevanyan vurğulayıb.

Xuraman Etibarlı

www.yenicag.az

207
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv