!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Sabah” “Qəbələ” üzərində qələbə qazandı

!Reklam – Yazi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVIII tura yekun vurulub.

Yenicag.az xəbər verir ki, sonuncu matçda “Sabah” “Qəbələ”ni qəbul edib.

Qarşılaşma meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə bitib.

Görüşdə ilk qol 9-cu dəqiqədə vurulub. Qonaqların oyunçusu İlkin Qırtımov avtoqol müəllifi olub. 21-ci dəqiqədə Ülvi İsgəndərov əyalət təmsilçisinin bərabərlik qoluna imza atıb. Altı dəqiqə sonra Feras Abu Akal “qırmızı-qaralar”ı önə keçirib.

86-cı dəqiqədə Coy Lens Mikels tarazlığı bərpa edib. 90+5-ci dəqiqədə Aleksey Kaşuk qələbə qolunu vurub.

Xallarının sayını 65-ə çatdıran paytaxt klubu ikinci, 36 xalı olan “Qəbələ” 5-ci yerdədir.

Qeyd edək ki, günün ilk oyununda “Qarabağ” səfərdə “Şamaxı”nı yenib. Turun əvvəlki oyunlarında “Sumqayıt” “Turan Tovuz”u 3:2, “Kəpəz” “Səbail”i 1:0 hesabı ilə məğlub edib. “Zirə” – “Neftçi” qarşılaşmasında isə qalib müəyyənləşməyib – 1:1./Report/

www.yenicag.az

348
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv