!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Sabah” Sumqayıtda eyniadlı komandanı darmadağın etdi

!Reklam – Yazi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII turun daha bir oyunu keçirilib.

Yenicag.az xəbər verir ki, günün son matçında “Sabah” Sumqayıtda eyniadlı komandanı darmadağın edib – 6:0.

Hesabı 3-cü dəqiqədə Emmanuel Apeh açıb. 11 dəqiqə sonra Coy Lens Mikels fərqi artırıb. 28-ci dəqiqədə Aleksey Kaşuk rəqibi növbəti dəfə cəzalandırıb. 33-cü dəqiqədə Elvin Camalov 4-cü topu meydan sahiblərinin qapısından keçirib. 77-ci dəqiqədə Anatoli Nuriyev “gənclik şəhəri” təmsilçisini 5-ci dəfə məyus edib. Qarşılaşmada son nöqtəni isə 85-ci dəqiqədə Davit Volkov qoyub.

Bu qələbə ilə xallarını 43-ə çatdıran “Sabah” qış fasiləsinə 2-ci pillədə yollanıb. 12 xalı olan “Sumqayıt” isə 8-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, açılış matçında “Neftçi” evdə “Şamaxı”ya 3 cavabsız qolla qalib gəlib. Turun “Qəbələ” – “Turan Tovuz” və “Səbail” – “Qarabağ” oyunları dekabrın 24-də, “Zirə” – “Kəpəz” görüşü isə dekabrın 25-də gerçəkləşəcək./Report/

www.yenicag.az

377
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv