!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sabah üç rayonun qaz təchizatında fasilə yaranacaq

!Reklam – Yazi

Sabah Kürdəmir, Göyçay və İsmayıllı rayonlarının bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə Yenicag.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, “Kürdəmir”, “İsmayıllı”, “Talıstan”, “Göyçay 2” və “Göyçay-1 Əhali” ölçü qovşaqlarından qidalanan qaz təchizatı şəbəkəsində “Təmiz Qaz” QSC tərəfindən aşkar olunmuş qaz sızmalarının ləğvi həmçinin qaz xəttinin yerinin dəyişdirilməsi ilə bağlı fevralın 14-də saat 09:00-dan işlər başa çatanadək “Kürdəmir”, “Göyçay-1 Əhali” ölçü qovşaqlarından və “Göyçay 2” ölçü qovşağından qidalanan orta təzyiqli əhali qaz xəttindən qaz təchizatının dayandırılması nəzərdə tutulub.

Həmçinin, fevralın 15-də saat 09:00-dan işlər başa çatanadək “İsmayıllı” ölçü qovşağından və “Talıstan” ölçü qovşağından qidalanan orta təzyiqli “Əhali” qaz xəttindən qaz təchizatının dayandırılması planlaşdırılır.

www.yenicag.az

149
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv