Sabaha olan hava proqnozu

Sentyabrın 3-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Yenicag.Az-a verilən məllumata görə, arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 23-25, gündüz 28-33, Bakıda gecə 23-25, gündüz 31-33 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 50-60 % olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26 dərəcə, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27,Türkan, Hövsan, Sahil, Şıxda 27-28 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti gözlənilir.

Lakin gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 19-24, gündüz 32-37, dağlarda gecə 14-19, gündüz 24-29 dərəcə isti olacağı gözlənilir.

Yenicag.Az

COP29