!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Sabah”da “Musayev erası”nını SONU: “Ona son bir ildə xaricdən çoxlu təkliflər gəlsə də...”

!Reklam – Yazi

“Murad Musayev kimi bir mütəxəssisin komandadan getməsi çox mənfi haldır”.

Bu fikirləri “Sabah” klubunun baş məşqçi Murad Musayevlə yollarını ayırması haqda danışan jurnalist Sənan Şəfizadə Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, klubun qısa zamanda komandaya səviyyəli yeni baş məşqçi cəlb etməsi çətin olacaq:

“Murad Musayev Azərbaycanda ən təcrübəli və peşəkar məşqçilərindən biri idi. O, qısa zaman ərzində komandanı toparlaya bilmişdi. “Sabah”ın keçən il ikinci yeri tutub gümüş medal qazanması komanda tarixində bir ilk idi. Eyni zamanda, komandada müəyyən irəliləyişlərin olduğu açıq müşahidə edilirdi.

Lakin ötən yay avrokuboklarda aldığı sonuncu məğlubiyyət “Sabah”a çox pis təsir etdi və nəticədə komanda hələ də özünə gələ bilməyib. Düzdür, ara-sıra qələbələr qazansa da, son olaraq, “Qarabağ”dan aldığı ağır məğlubiyyət hər bir məşqçi üçün düşünürəm, “qırmızı işıq”dır.

“Sabah” rəhbərliyi Murad Musayevi komandada saxlamaq istəsə də o, ayrılmağa qərar verdi. Düşünürəm ki, bu onun özü üçün də çətin bir qərar oldu. Komanda rəhbərliyinin mövsümün ortasında, qarşıda çətin oyunların gözlənildiyi bir dönəmdə səviyyəli məşqçi tapması çox çətin olacaq.

Ümumiyyətlə, Murad Musayev kimi bir məşqçinin komandadan getməsi çox mənfi haldır. Son bir il ərzində ona xaricdən çoxlu təkliflər gəlsə də, Musayev bu təkliflərin heç birini qəbul etməmişdi. Onun Azərbaycan çempionatında çalışması ölkə futboluna rəng qatırdı. Murad Musayev Azərbaycanda çalışan əcnəbi məşqçilər arasında ən peşəkar mütəxəssislərdən biri idi. İndi “Sabah” çətin bir duruma düşdü və keçiriləcək hər bir oyun üçün rəhbərlik cavabdehlik daşıyacaq.

Komanda gələn oyunlarda özünü toparlaya bilməsə, onlar üçün çox çətin bir vəziyyət yaranacaq. Fikrimcə, bir müddət sonra “Sabah” rəhbərliyi Murad Musayevi geri qaytarmaq istəyəcək. Komandaya qayıdıb-qayıtmaması isə artıq onun qərarından asılı olacaq”.

İsmayıl Bakuvi

www.yenicag.az

355
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv