Sabahdan deputatlığa namizədlərin təşviqatı başlayır

Seçiciyə müvafiq məntəqə seçki komissiyası tərəfindən qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin verilməsi prosesi bu gündən başlayır.

Yenicag.az xəbər verir ki, Azərbaycan Respublikasında növbədənkənar parlament seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, vəsiqələr səsvermə gününə 24-3 gün qalanadək, yəni 2020-ci il yanvarın 16-dan fevralın 6-dək verilməlidir.

Qeyd edək ki, dairə seçki komissiyaları tərəfindən seçiciyə müvafiq qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin verilməsi prosesi yanvarın 15-də başa çatır, 16-dan isə məntəqə seçki komissiyaları tərəfindən verilməsi başlanılır.

Qeyd edək ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri fevralın 9-da keçiriləcək.