!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sabahın hava proqnozu

!Reklam – Yazi

İyunun 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Yenicag.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında əsasən yağmursuz hava şəraiti gözlənilir. Cənub-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 18-23° isti, gündüz 30-34° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 753 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 40-45 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz. Lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 18-23° isti, gündüz 32-37° isti, dağlarda gecə 11-16° isti, gündüz 21-26° isti olacaq.

www.yenicag.az

216
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv