!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sabahın hava PROQNOZU

!Reklam – Yazi

Ölkə ərazisində avqustun 22-də gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

Yenicag.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, gündüz arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26, gündüz 31-36 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 65-75%, gündüz 45-55% olacaq.

Azərbaycanın rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq rayonlarda qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 32-37, dağlarda gecə 10-15, gündüz 20-25 dərəcə isti olacaq.

www.yenicag.az

165
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv