Sentyabrın 5-də Bakı və Abşeron yarımadasında hava şəraitinin yağmursuz olacağı, şimal-qərb küləyi əsəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.
Yarımadada havanın temperaturu gecə 19-23, gündüz 30-35 dərəcə isti olacaq.
Bakıda gecə 21-23, gündüz 32-34 dərəcə isti gözlənilir.
Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti proqnozlaşdırılır. Lakin axşam və gecə bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə zəif duman olacaq, şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 18-23, gündüz 32-37, dağlarda 12-17, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir(APA).