Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Sabahın hava proqnozu

71b6029ca18913f8663b3dad651d8c3fSentyabrın 5-də Bakı və Abşeron yarımadasında hava şəraitinin yağmursuz olacağı, şimal-qərb küləyi əsəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.

Yarımadada havanın temperaturu gecə 19-23, gündüz 30-35 dərəcə isti olacaq.

Bakıda gecə 21-23, gündüz 32-34 dərəcə isti gözlənilir.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti proqnozlaşdırılır. Lakin axşam və gecə bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə zəif duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 18-23, gündüz 32-37, dağlarda 12-17, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir(APA).

www.yenicag.az

231