Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Sabahın hava proqnozu

1155Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, gecə və səhər yarımadanın bəzi yerlərində yağıntılı olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 2-4° isti, gündüz 7-10° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında isə martın 21-də hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, səhər tədricən kəsiləcəyi, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.

www.yenicag.az

422