!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sabahın hava proqnozu açıqlandı

!Reklam – Yazi

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Yenicag.az-a verilən məlumata görə, havanın temperaturu gecə 13-16° isti, gündüz 17-20° isti olacaq. Bakıda gecə 13-15° isti, gündüz 17-19° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağıntılı olacağı gözlənilir. Dağlıq və dağətəyi rayonlarda dolu düşəcəyi ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 10-15° isti, gündüz 20-25° isti, dağlarda gecə 2-6° isti, gündüz 6-10° isti olacaq.

www.yenicag.az

237
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv