!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sabahın hava proqnozu açıqlandı

!Reklam – Yazi

Sabaha olan hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Yenicag.az-a verilən məlumata görə, sentyabrın 10-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 18-20° isti, gündüz 23-27° isti,

Bakıda gecə 18-20° isti, gündüz 23-25° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-65 % olacaq.

Azərbaycanın rayonlarına gəlincə, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-19° isti, gündüz 23-28° isti, dağlarda gecə 5-10° isti, gündüz 10-15° isti olacaq.

www.yenicag.az

375
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv