!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sabahın hava proqnozu açıqlandı: 28 dərəcəyədək artacaq

!Reklam – Yazi

Bakıda və Abşeron yarımadasında mayın 14-də dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Yenicag.az-a verilən məlumata görə, mülayim cənub küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 11-14° isti, gündüz 20-24° isti, Bakıda gecə 11-13° isti, gündüz 21-23° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət 60-65 % olacaq.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz olacaq. Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 9-14° isti, gündüz 23-28° isti, dağlarda gecə 0-5° isti, gündüz 7-12° isti olacaq.

www.yenicag.az

402
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv