Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Sabahın havası açıqlandı

Oktyabrın 21-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə yağış yağacağı, günün ikinci yarısında əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Yenicag.az-a verilən məlumata görə, sabah mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 13-15, gündüz 17-19 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunundan 772 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 80-90, gündüz 60-70 faiz təşkil edəcək.

Oktyabrın 21-də Azərbaycanın rayonlarında arabir yağış yağacağı, gecə və səhər bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, duman olacağı ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 12-16, gündüz 18-23, dağlarda gecə 3-8, gündüz 12-17 dərəcə isti olacaq.

www.yenicag.az

254