Sabiq baş nazirin ölkədən çıxışına qadağa qoyuldu

Keçmiş baş nazirin ölkədən çıxışına icazə verilməyəcək.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, vəzifəsindən uzaqlaşdırılan Malaziya baş naziri Nəcib Rəzakın ölkə xaricinə çıxmağına qadağa qoyulub. Buna səbəb onun adının korrupsionerlər siyahısında çəkilməsidir. Keçmiş nazir çərşənbə günü tətil üçün xaricə gedəcəyini açıqladıqdan sonra onun barəsində bu qərar verilib.

Məlum olub ki, o, tətil adı ilə İndoneziyanın paytaxı Cakartaya qaçmaq istəyirmiş.