!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Sabiq deputat Diana Əhədpura hücum etdi - VİDEO

!Reklam – Yazi

Türk iş adamı, CHP-li sabiq millət vəkili Aydın Ayaydın Bodrum tətilində azərbaycanlı model Diana Əhədpurla dava edib.

Yenicag.az xəbər verir ki, buna Diananın oğlunun onların üzərinə su sıçratması səbəb olub.

Belə ki, Bodrum Mandarin Orientalda ailəsi ilə lüks ərazidəki evində istirahət edən Aydın Ayaydın sahildə üstünə su sıçradan 6 yaşlı uşağın üstünə qışqırıb və ağladıb. Bundan sonra Aydının yanına gələn Diana “Niyə oğlumun üstünə qışqırıb ağlatdınız? Mənə gəlib deyərdiniz, uşağımı niyə qorxutmusunuz?”, – deyə, bildirib.

Bu zaman sabiq deputat Əhədpura hücum çəkərək “Rədd olun gedin buradan. Məmləkətinizə gedin, eş…lər” deyə, təhqir edib. Araya girənlər Ayaydını güclə sakitləşdirib.

Sonradan ailənin kimliyi barədə məlumat alan Aydın Ayaydının Əhədpur ailəsindən üzr istəyib.

Qeyd edək ki, D.Əhədpur iranəsilli biznesmen Manuçehr Əhədpurun həyat yoldaşıdır./Olay.az/

www.yenicag.az

636
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv