Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Sabiq deputata hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən kredit götürüb qaytarmamaqda təqsirləndirilən sabiq deputat Dünyamin Xəlilov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam yekunlaşıb.

Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub.

Məhkəmənin hökmü ilə D. Xəlilov 13 il müddətində azadlıqdan məhrum edilib.

Təqsirləndirilən Mənsur Zeynalov 5 il, Fərhad Əmiraslanov 4 il, Seyfulla Seyfullayev 5 il müddətinə azadlıqdan məhrum olunub və məhkəmə zalında həbs ediliblər.

Şakir Musayev, Ruslan Əsgərov, Rauf Əliyev barəsində 2 il sınaq müddəti təyin edilməklə, şərti cəza verilib.

Bundan başqa, Vergilər Departamentinin D. Xəlilova qarşı mülki iddiası təmin edilib. D. Xəlilovdan 1 milyon 752 min manat tutularaq, dövlət hesabına keçirilməsi qərara alınıb.

Hökmə əsasən, D. Xəlilovun Yasamal rayonunda üzərinə həbs qoyulmuş mənzili və Qax rayonunda üzərinə həbs qoyulmuş torpaq sahələri dövlətə vurulan ziyanın ödənilməsinə yönəldilib.

Bundan başqa, digər təqsirləndirilənlərlə birgə Dünyamin Xəlilovdan fərdi və müştərək qaydada 50 milyon manatdan çox vəsaitin tutularaq dövlət hesabına keçirilməsinə qərar verilib.

Digər təqsirləndirilən şəxslərə qarşı verilmiş mülki iddialar da təmin edilib.(APA)

Yenicag.az

www.yenicag.az

446
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM