!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sabiq deputatın əməllərini daha bir qurum nəzarətə götürdü

!Reklam – Yazi

Keçmiş deputat və “Ştutqart” mağazalar şəbəkəsinin sahibi Nəriman Əliyev tərəfindən Bakının Nərimanov rayonu ərazisində kəsilən ağaclarla bağlı məsələni İDEA ictimai birliyi də nəzarətə götürüb.

Bu barədə Bakupost.az -a ağacların kəsilməsi ilə bağlı şikayət edən Abutalıb Ağayev bildirib.

Onun sözlərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tətəfindən peyk görüntüləri vasitəsi ilə 21 ağacın kəsildiyi aşkar edilsə də, əslində kəsilən ağac sayı 37 olub:

“Nazirlik nümayəndələrinin sözü gedən ərazidə normal araşdırma aparmasına Nəriman Əliyevin tapşırığı ilə işçiləri tərəfindən şərait yaradılmaması, tam əksinə işə mane olmalarına görə ağacların kötüklər qazılaraq müəyyən edilməyib. Belə olduğu halda nazirlik əməkdaşları peyk görüntülərindən istifadə etmək məcburiyyətində qalıblar. Nəticədə kəsilən ağac sayının tam dəqiqləşməsi mümkün olmayıb”.
Şikayətçi bildirib ki, 37 ağacın kəsilməsi ilə bağlı bir sıra orqanlara yazılı şikayət göndərib ki, bunlardan biri də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlamış, son zamanlar ətraf-mühitin mühafizəsi istiqamətində danılmaz rolu olan IDEA (International Dialogue for Environmental Action – Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyidir:
“İctimai Təşkilat şikayətimə məktubla cavab verərək bildirib ki, bu fakt onlar tərəfədən nəzarətə götürülüb və bununla bağlı aidiyyətli orqanlarla, o cümlədən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ilə əlaqə saxlanılıb. Xidmət bu faktın artıq aktlaşdırıldığını və hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərildiyini təşkilatın nəzərinə çatdırıb”.

www.yenicag.az

473
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv