!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sabiq nazirin oğlu vəzifəsindən istefa verdi - FOTO

!Reklam – Yazi

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudov ötən ilin 13 dekabr tarixində Böyük Britaniyanın paytaxtı London şəhərində – “The Old Rectory Church Street, Weybridge, Surrey KT13 8DE” ünvanında yerləşən “Britannia Group Ip Holdings Limited” şirkətinin direktoru təyin olunub.

Yenicag.az Böyük Britaniyanın rəsmi qurumları tərəfindən açıqlanan məlumatlara istinadən bildirir ki, Anar Mahmudov 6 aydan sonra – bu ilin 21 iyun tarixində “Britannia Group Ip Holdings Limited” şirkətinin direktoru vəzifəsindən istefa verib.

Onu da bildirək ki, Anar Mahmudov daha əvvəl Londonda qeydiyyatda olan “Mea Capital Limited” şirkətinin də direktoru olub. Bu şirkət 6 oktyabr 2020-ci il tarixində bağlanıb.

www.yenicag.az

401
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv