!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sabiq nazirin vəfat edən atasının yerinə təyinat

!Reklam – Yazi

AMEA Neft-Kimya Prosesləri İnstitutunun Sintetik yağların sintez və texnologiyaları laboratoriyasına yeni müdir təyin edilib.

Yenicag.az xəbər verir ki, sintetik yağların sintez və texnologiyaları laboratoriyasının adı dəyişdirilərək Sintetik yağlar laboratoriyası olub. İşçilərin sayı 13-dən 14-ə yüksəlib.

Kimya elmləri doktoru Fatma Əliyeva Sintetik yağlar laboratoriyasının baş elmi işçisi vəzifəsindən azad olunaraq, qurumun müdiri təyin olunub.

Qeyd edək ki, bundan əvvəl sözügedən laboratoriyanın rəhbəri Azərbaycanın sabiq Xarici İşlər naziri Elmar Məmmədyarovun atası, ötən ayın 2-də 98 yaşında vəfat edən Məhərrəm Məmmədyarov olub.

Xatıradaq ki, Fatma Əliyeva 1959-cu il fevral ayının 1-də Bakı şəhərində anadan olub. 112 elmi əsərin, o cümlədən bir monoqrafiyanın müəllifidir.

www.yenicag.az

494
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv