!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sabiq səfirdən CHP-li deputatın sözlərinə REAKSİYA: "Onun bu iddiaları tamamilə əsassızdır" - Hulusi Kılıç

!Reklam – Yazi

“Cənab millət vəkili Türkiyə-Azərbaycan müttəfiqlik sənədinin qəbul edilməsindən xoşbəxtlik duysun”.

Bu fikirləri Türkiyənin müxalifətdəki Cumhuriyyət Xalq Partiyasından (CHP) olan millət vəkili Aykut Ərdoğdunun Azərbaycan və Türkiyə rəhbərliyinə qarşı əsassız ittihamları haqqında danışan Türkiyənin ölkəmizdəki səfiri Hulusi Kılıç Yenicag.az-a açıqlamasında səsləndirib.

Hulusi Kılıç qeyd edib ki, həm CHP, həm də Aykut Ərdoğdu üzr istəməlidir:

“Cumhuriyyət Xalq Partiyasından olan deputat Aykut Ərdoğdunun əsassız iddialarını pisləyirəm. Bu iddiaların heç biri doğru deyil və Azərbaycan-Türkiyə qardaşlığına kölgə salmaq üçün irəli sürülüb. Fəqət Azərbaycan-Türkiyə qardaşlığı zirehlə qapıdır, buna heç kim təsir edə bilməz. Bu iddiaların prezident Rəcəb Tayyib Ərdoğan və Ali Baş Komandan İlham Əliyevi hədəf alması qəbuledilməzdir.

Bu açıqlamalar Şuşa Bəyannaməsinin Türkiyə Böyük Millət Məclisində müzakirə edildiyi bir vaxtda verilib.

Bu gün də həmin şəxs mənə qarşı iddia irəli sürüb. Atdığı “tvit”də mənim SOCAR-ın üzvü olduğumu qeyd edib. Bu millət vəkilinin məlumatları bu qədər yanlışdır. Çünki mən SOCAR-ın üzvü deyiləm. Mən 10 il öncə “Petkim” şirkətinin İdarə Heyəti üzvü idim. Ayrıca, həmin vaxt mən Azərbaycanda səfir deyildim. Demək, cənab millət vəkili “gelişi güzel” bilgilər paylaşır. Onun bu iddiaları tamamilə əsassızdır. Bu, çox üzücüdür.

Azərbaycan Xarici İşlər Nazirliyinin verdiyi açıqlama ona bir sillədir. Yaxşısı budur ki, həm onun özü, həm də partiyası İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğandan üzr istəsin.

Azərbaycanın Türkiyədəki investisiyaları çox önəmlidir. 2020-ci ilə qədər müharibə şəraitindəki Azərbaycan Türkiyəyə çox böyük investisiyalar yatırıb. Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum, Bakı-Tiflis-Qars, TANAP, “Petkim” – bunların Türkiyəyə çox ciddi dəstəyi olmuşdur. Həmin millət vəkilinin bunlardan xəbəri yoxdur, öyrənməsi lazımdır. Cənab millət vəkili Türkiyə-Azərbaycan müttəfiqlik sənədinin qəbul edilməsindən xoşbəxtlik duysun”.

Aqil Bəkir

www.yenicag.az

661
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv