Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Sabir Rüstəmxanlıdan Nazirlər Kabinetinə SƏRT SUAL: "Haradadır bu kompleks tədbirlər?"

Reklam: Sinerji Pro

“Biz insanları məcbur edirik ki, insanlar şor su, balıqlarsa şirin su içsin”

Yenicag.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlı deyib.

Deputat bildirib ki, ancaq qələbənin möhkəmləndirilməsi üçün çox iş görülməlidir:

“Biz qələbə eyforiyası ilə yaşadığımız bu vaxtlarda ermənilər bizə qarşı informasiya müharibəsini gücləndirməkdədir. Bu gün Azərbaycanda ciddi informasiya mərkəzinin yaradılmasına ehtiyac var. Adı Qarabağ İnformasiya Mərkəzi ola bilər. Bütün dünyada bizə qarşı gedən erməni yalanlarına bu informasiya mərkəzi vasitəsilə vaxtında cavab verməliyik. Bu işdə peşəkarlar var. Dünya ölkələrində ermənilərin yaydığı bütün yalanlara cavablar hazırlanmalı və müxtəlif dillərə tərcümə edilməlidir”.

S. Rüstəmxanlı çıxışında rayonlarda işsizlik probleminin olduğunu da deyib:

“Digər tərəfdən, keçən il demişdim ki, Kür quruyur. Kür bu il keçən ilkindən də acınacaqlı vəziyyətdədir. Nazirlər Kabinetindən mənə dedilər ki, kompleks tədbirlər görülür. Bəs haradadır bu kompleks tədbirlər? Sadəcə Neftçala şəhərinə su çəkildi, amma kəndlərə yox. Kəndlərdə şor sudan istifadə olunur. Kür boyu çoxlu balıq nohuru var. Biz insanları məcbur edirik ki, insanlar şor su, balıqlarsa şirin su içsin. Suvarma sistemini köhnə sistemdən müasir sistemə keçirməliyik”.

Loading...

www.yenicag.az

144
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100