!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sabir Rüstəmxanlıdan Səyavuş Novruzova ŞUŞA ETİRAZI: “Bunu onların üstünə yıxmaq olmaz”

!Reklam – Yazi

“Azərbaycan Böyük Vətən müharibəsində iki əsas cəhətlə iştirak edib. Birincisi, böyük insan qüvvəsi, ikincisi təchizatla…”

Yenicag.az “Etikxeber.az”a istinadən xəbər verir ki,  bunu Milli Məclisin (MM) bu gün keçirilən iclasında Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

S. Novruzovun sözlərinə görə, Azərbaycanda elə bir ailə yoxdur ki, üzvlərindən kimsə bu müharibədə həlak və ya əlil olmasın:

“Burada oturanların hər birinin ailəsində də var. Öz ailəmdən götürürəm – mənim iki babam bu müharibədə vuruşub. AXC-Müsavat hakimiyyətə gələndə bunların hamısının üstündən xətt çəkdi. Onlar bizim babalarımızı vətən xaini adlandırdılar. Onların nəsli-nəcabəti, babaları – hamısı fərari idi. Ümummilli liderin hakimiyyətə gəlməsi ilə bu ədalətsizlik tamamilə bərpa olundu. Bu gün insanlarımız bilir ki, vətən hər zaman onların arxasındadır”.

Sonra çıxış edən millət vəkili Cavid Osmanov da Azərbaycan torpaqlarının, o cümlədən, Şuşanın işğalında AXC-Müsavat hakimiyyətini günahlandırıb, onları xəyanətkar adlandırıb.

Millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlı isə C. Osmanov və S. Novruzova etirazını bildirib:

“Ayaz Mütəllibovun o vaxtki ehtiyatsız çıxışından sonra ermənilər bildirdilər ki, Xocalını azərbaycanlılar törədib. İndi də bu azmış kimi, bəziləri çıxışlarında elə deyirlər ki, sanki Şuşanı da o vaxtkı hakimiyyət verib”.

S. Rüstəmxanlı bildirib ki, bəzi cavanlar, hadisənin şahidi olmayanlar bu cür çıxış edirlər:

“Bura Məclisdir axı?! Bu cür məsələdə belə danışmaq olmaz. Yüzlərlə, minlərlə şəhid vermişik. Millət qəhrəmanlıq edib, amma gücümüz çatmayıb. O zamanki hakimiyyəti tənqid etmək olar, amma belə bir vəziyyətdə bunu onların üstünə yıxmaq olmaz”.

***

“Şuşanın işğalına hüquqi qiymət verilib. O zaman bununla bağlı Ali Məhkəmədə məhkəmə prosesi olub. İşğala hüquqi qiymət verilərkən Şuşanın işğalına şərait yaradılan məsələlərə də qiymət verilib”.

Bunu öz növbəsində MM Sədrinin I müavini, parlament Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

Onun sözlərinə görə, bu gün səslənən fikirlər o zaman hakimiyyətdə olan və hakimiyyətə iddialı olan qüvvələrin mübarizəsi nəticəsində yaranan şərait həm də Şuşanın işğalı üçün bir şərait idi:

”Buna tam hüquqi qiymət verilib və heç bir halda bizim tərəfimizdən başqa cür yozula bilməz. Şuşa Ermənistan tərəfindən işğal olunub. Amma o zaman Azərbaycanda yaranmış siyasi vəziyyətə hər zaman olduğu qiyməti verəcəyik”.

Spiker Sahibə Qafarova da işğal məsələlərinə mərhum dövlət başçısı Heydər Əliyev və ölkə Prezident İlham Əliyevin öz qiymətlərini verdiyini bildirib.

www.yenicag.az

892
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv