!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sabir Rüstəmxanlının şagirdlərlə görüşü keçirildi - FOTO

!Reklam – Yazi
Bakının Sabunçu rayonunun 28 nömrəli tam orta məktəbin şagirdləri və müəllimləri Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı ilə görüş keçiriblər.
Yenicag.az-ın məlumatına görə, məktəbin direktoru Qənirə Əmircanova bildirib ki, 3 il əvvəl Prezident İlham Əliyev tərəfindən açılışı olan bu məktəbdə ölkənin tanınmış adamları, ziyalıları ilə görüşlər ənənə halını alıb:
“İstəyirəm şagirdlərimiz S. Rüstəmxanlı kimi dəyərli ziyalılarımızı, dövlət xadimlərimizi canlı görsünlər, onlarla ünsiyyət qursunlar”.
Xalq şairinin yaradıcılığından, gördüyü işlərdən geniş bəhs edən direktor vurğulayıb ki, S. Rüstəmxanlının əsərləri vətənpərvərlik hissinin aşılanması, milli ruhun yüksəldilməsi baxımından əvəzsiz xəzinədir.
Direktorun çıxışından sonra şagirdlər S.Rüstəmxanlının şeirlərini səsləndiriblər. Vətən Müharibəsi zamanı az qala dillər əzbərinə çevrilmiş “Millətəm” mahnısını oxuyublar. Daha sonra isə S. Rüstəmxanlının yazdığı ssenari əsasında çəkilmiş “Cavad xan” filmindən bir hissə təqdim olunub. Həmin hissə şagirdlər tərəfindən səhələşdirilib.
Tədbirə dəvət olunmuş Dövlət Dram Teatrının aktrisası Şəhla Əliqızı millət vəkilinin bir neçə şeirini oxuyub.
Sonda S. Rüstəmxanlı çıxış edərək, şagirdlərə maraqlı məsləhətlər verib, öz təcrübəsini bölüşüb.
Şagirdlərə tövsiyə edib ki, yaradılmış belə gözəl şəraitdən öz təhsillərini artırmaq, daha çox bilik əldə etmək, gələcəkdə ölkə, dünya üçün vacib şəxsiyyətə çevrilməkdə istifadə etsinlər.
Qeyd edək ki, 28 nömrəli tam orta məktəbin açılışı 2018-ci ildə olub.
25 mindən artıq əhalisi olan Sabunçu rayon Maştağa qəsəbəsinin Savalan yaşayış massivində yaşayanlar üçün tikilmiş məktəb 960 nəfərlik şagird heyəti üçün nəzərdə tutulub. Hazırda məktəbdə 2 mindən çox şagird təhsil alır.

www.yenicag.az

274
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv