!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sabir Rüstəmxanlıya Türk Dünyasının yüksək ədəbiyyat mükafatı verildi - FOTO

!Reklam – Yazi

Türkiyənin İctimai və Humanitar Elmlər Akademiyası sayılan Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumu və Azərbaycan Milli Elmlər Akademiyasının birgə Beynəlxalq Oğuz Türkcəsi Konfransı keçirilib.

Yenicag.az xəbər verir ki, altı Türk respublikasından nümayəndələrin iştirakı ilə keçirilən elmi konfransın AMEA Əlyazmalar İnistutunda keçirilən açılış mərasimində Türk dünyasının birliyi, ortaq dil və ədəbiyyat məsələlərindən danışılıb. Tədbirdə Türk dünyası üzrə ədəbiyyat mükafatı təqdim olunub. Azərbaycandan mükafat xalq şairi, millət vəkili Sabir Rüstəmxanlıya təqdim olunub.

Türkiyə və Özbəkistanda çap olunaraq böyük maraqla qarşılanan “Qarabağa dönüş” poemasına görə verilən mükafatı xalq şairinə Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumunun sədri, professor Dərya Özlə təqdim edib. S.Rüstəmxanlı çıxışında bu mükafatın Azərbaycanın böyük hərbi və siyasi qələbəsi günlərində verilməsindən böyük sevinc duyduğunu bildirib. O konfransın fəaliyyətinə uğurlar diləyərək ortaq türk dilinin və əlifbasının Türk Dünyasının Birliyi üçün mühüm məsələ olduğunu vurğulayıb.

 

www.yenicag.az

162
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv