Reklam: High Technic
hightechnic

Sabirabadda 4 otaqlı ev külə döndü

Sabirabadda yanğın hadisəsi qeydə alınıb.

Yenicag.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Sabirabad rayonunun Quruzma kəndində ümumi sahəsi 150 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları (üst örtüyü qamışdan ibarət) yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

www.yenicag.az

829