!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sabirabadda kişi keçmiş arvadının yaşadığı evə hücum etdi - VİDEO

!Reklam – Yazi

Sabirabadda kişi keçmiş həyat yoldaşının yaşadığı evə hücum edib.

Yenicag.az Xezerxeber.az-a istinadən xəbər verir ki, görüntülər müşahidə kamerasına düşüb.

Belə ki, rayon sakini, Miri Əliyev iddia edir ki, keçmiş kürəkəni, Kürdəmir rayonunun Mehdili kənd sakini, Daşqın Mehdiyev sərxoş halda onların yaşadığı evə hücum edib. Evin qarşısında dayanan, onlara məxsus minik avtomobilini dəmir linglə yarasız hala salıb.

İnsidentin qarşısını almaq istəyən zaman Daşqın Mehdiyev keçmiş qaynı Miri Əliyevə və keçmiş həyat yoldaşı 35 yaşlı Günel Mehdiyevaya xəsarətlər yetirib.
İddiaya görə, onlar arasında yaşanan gərginlik aliment məsələsinə görə olub. Polisə məlumat veriləndən sonra əməli törədən Kürdəmir rayon sakini, əvvəllər məhkum olunmuş Daşqın Mehdiyev saxlanılaraq polis şöbəsinə gətirilib.

 

www.yenicag.az

239
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv