!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sabirabadda körpə qızılcadan ÖLDÜ - TƏBİB-dən AÇIQLAMA - YENİLƏNDİ

!Reklam – Yazi

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən Sabirabadda qızılca xəstəliyindən öldüyü deyilən uşaqla bağlı açıqlama verilib

Qurumdan Yenicag.az-a bildirilib ki, 2022-ci il təvəllüdlü azyaşlı 30.11.2023-cü il tarixində saat 12:47-də Sabirabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib:

“Ona qızılcanın ağırlaşmış forması, neyrotoksikoz, ensefalit, kəskin tənəffüs, ürək-damar çatışmazlığı (III dərəcə) diaqnozları qoyulub. Pasiyentin yanaşı diaqnozu qavrama zəifliyi olub.

Azyaşlı Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, azyaşlı 01.12.2023-cü il tarixində saat 00:15-də vəfat edib”.

Qeyd edilib ki, azyaşlı doğum evində hepatit və vərəm əleyhinə peyvənd olunub:

“Valideyni tərəfindən digər peyvəndlərdən imtina ərizəsi yazılıb”.

***

10:18

Sabirabadda bir yaşlı körpə ölüb.

Yenicag.az xəbər verir ki, körpənin xəstəxanada ölməsi ilə bağlı məlumat daxil olub.

İlkin məlumata görə, onun qızılcadan öldüyü ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır./apa

www.yenicag.az

199
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv