!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sabirabadda növbəti maarifləndirici görüş keçirildi - FOTO

!Reklam – Yazi

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Gənclərin Sosial-İqtisadi və Mədəni İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən icra olunan “Region gəncləri arasında dini radikalizm və ekstremizmin meyillərindən qorunma mövzusunda maarifləndirmə işinin təşkili” adlı layihə çərçivəsində növbəti maarifləndirici görüş 22 aprel 2022-ci il tarixində Sabirabad rayonunda keçirilib.

Yenicag.az xəbər verir ki, keçirilən görüşdə “Gənclərin Sosial-İqtisadi və Mədəni İnkişafına Dəstək” İctimai Birliyinin sədri Cavid Əliyev çıxış edərək layihənin keçirilmə məqsədi və hədəfləri barədə iştirakçılara ətraflı məlumat verib.

Daha sonra Sabirabad rayon icra hakimiyyəti başçısının birinci müavini Həsənov Həsən, Sabirabad rayon Gənclər və idman idarəsinin rəisi Nadir Quliyev rayonda bu istiqamətdə görülən işlər haqqında çıxış eediblər. Görüşdə həmçinin DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov çıxış edərək dövlət tərəfindən bu sahədə həyata keçirilən tədbirlər barədə iştirakçıları məlumatlandırıb.

Rəsmi çıxışlar yekunlaşdıqdan sonra görüş diskussiya formatında davam edib.

Qeyd edək ki, növbəti bu formatlı görüşlərin Quba və İsmayıllı rayonlarında keçirilməsi nəzərdə tutulub.

www.yenicag.az

389
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv