!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sabirabadda oğul özünü yandırdı, atası və qardaşı…

!Reklam – Yazi

Sabirabad rayonunda intihar hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, rayonun Yolçubəyli kənd sakini, 33 yaşlı Samir Quliyev iyulun 2-si axşam saatlarında üzərinə benzin tökərək özünü yandırıb.

Hadisə zamanı Samirin atası Sabir Quliyev və qardaşı Sabit Quliyev onu xilas etməyə çalışıblar və söndürməyə nail olublar. Bu zaman ata və oğlu da yanıq xəsarətləri alıblar.

Hər üç şəxs daha sonra xəstəxanaya parılıb. Samir Quliyev Bakıdakı Yanıq Mərkəzində aldığı xəsarətlərdən vəfat edib. Onun atası və qardaşının müalicəsi davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

www.yenicag.az

163
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv