!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sabirabadda şəhidin 40 mərasimi keçirildi - FOTOLAR

!Reklam – Yazi

Sabirabad rayonunun Ulacalı kəndində şəhidin 40 məçlisi keçirilib.

Yenicag.az xəbər verir ki, antiteror əməliyatları zamanı ağır yaralanaraq komaya düşən və 17 gündən sonra şəhidlik zirvəsinə ucalan Çevik Polis Alayının polis nəfəri Muradov Əzizbəy Etibar oğlunun bu gün qırx mərasimi keçirilir.

Mərasimdə rayon rəhbərliyi, qazilər, şəhid ailələri, döyüşçülər, şəhidin yaxınları və kənd camaatı iştirak edir.

Qırx mərasimində Sabirabad rayonunun bütün şəhidlərinin fotoları asılıb. Bütün şəhidlər yad edilib, ruhlarına dualar oxunub.

Xatırladaq ki, şəhid Əzizbəy Muradov doğulduğu Sabirabad rayonunun Ulacalı kəndində dəfn olunub.

Əzizbəy Muradov 44 günlük Vətən müharibəsində könüllü iştirak etmiş və Ali Baş Komandan tərəfindən bir neçə medalla təltif olunmuşdu.

Asəf Zeynallı adına Musiqi kollecinin qarmon şöbəsini bitirmiş Əzizbəy Şuşa azad olunanda öz qabiliyyətini fortepianoda “Qarabağ şikəstəsi” ifa etməklə göstərmişdi.
Şəhidin atası Etibar Muradov Birinci Qarabağ müharibəsi qazisi, Qarabağ Əlillərinə Qayğı İB-nin Sabirabad rayon filialının sədr müavinidir.
Xuraman Etibarlı

www.yenicag.az

373
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv