!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sabirabadda təcili tibbi yardım avtomobili qəzaya uğradı: Xəsarət alanlar var

!Reklam – Yazi

Bu gün axşam saatlarında Sabirabad rayonu ərazisində hərəkətdə olan İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Stansiyasının balansındakı “Mercedes” markalı nəqliyyat vasitəsi ilə “VAZ-21015” markalı nəqliyyat vasitəsi toqquşub.

DİN-in mətbuat xidmətinin Şirvan regional qrupundan Yenicag.az-a bildirilib ki, hadisə nəticəsində “Mercedes” markalı nəqliyyat vasitəsində biri TTYS-nin əməkdaşı olmaqla, 3 nəfər, “VAZ-21015” markalı nəqliyyat vasitəsində isə 2 nəfər müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Sabirabad RPŞ-nin İstintaq Bölməsində araşdırmalar aparılır.

www.yenicag.az

203
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv