!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sabunçuda silsilə əməliyyatlar: Narkokuryer və oğrular tutuldu - FOTO / VİDEO

!Reklam – Yazi

Sabunçuda narkotik satışı, üzərində qanunsuz silah gəzdirən və silsilə oğurluqlar edən 7 nəfər saxlanılıb.

Yenicag.az xəbər verir ki, Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən Balaxanı, Sabunçu və Ramana qəsəbələrində silsilə əməliyyatlar keçirilib. Əməliyyatlar zamanı Azər Abbasov, Dadaş Dadaşov, Eldəniz Qəhrəmanov və Ramiz Təhməzov adlı şəxslər saxlanılıblar. Bu şəxslərin üzərindən və yaşadıqları evlərdən ümumilikdə 5 kiloqrama yaxın heroin aşkar edilib. Araşdırmalar zamanı onların sosial şəbəkələr vasitəsi ilə İranda yaşayan narkotacirlərlə əlbir olduqları müəyyən edilib. Saxlanılanların onlara pul müqabilində edilən narkokuryerlik təklifi ilə razılaşdıqları məlum olub.

Digər əməliyyat zamanı üzərində qanunsuz olaraq “Kalaşnikov” markalı avtomat gəzdirən Sahib Mehdiyev, 10-a yaxın evdən oğurluq edən Babək Məmmədov və Telman Əliyev saxlanılıb. Bu şəxslərin mənzillərdən təmir-tikinti və məişət əşyaları oğurladıqları müəyyən edilib.

Araşdırmalar davam etdirilir.

www.yenicag.az

366
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv