!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şağan Reabilitasiya Pansionatının 20 illiyi qeyd edildi - FOTOLAR

!Reklam – Yazi

Ümummilli Lider Heydər Əliyevin tapşırığı əsasında yaradılmış Şağan Reabilitasiya Pansionatının 20 illiyi ilə əlaqədar pansionatda tədbir keçirilib.

Tədbirdə hökumət və qeyri-hökumət qurumlarının nümayəndələri, millət vəkilləri, şəhid ailələri üzvləri, müharibə veteranları və əlilliyi olan şəxslər iştirak edib.

Əvvəlcə reabilitasiya mərkəzlərində reabilitasiya kursu keçən, habelə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarları olan əlilliyi olan şəxslərin əl işlərindən ibarət sərgi ilə tanışlıq olub. Daha sonra Dövlət Himni səsləndirilib, Ulu Öndərin və ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şağan Reabilitasiya Pansionatının fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyasının müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Liderin sosial inkişaf strategiyasının əsas istiqamətlərindən biri olduğunu vurğulayıb. O, qeyd edib ki, 2003-cü ilin may ayında istifadəyə verilən, ölkəmizdə ən böyük reabilitasiya müəssisəsi olan Şağan Reabilitasiya Pansionatı da Ulu Öndərin tapşırığı ilə yaradılıb və onun əlilliyi olan şəxslərin reabilitasiyasına xüsusi qayğısının bir təzahürüdür.

Əlilliyi olan şəxslərə göstərilən bu böyük diqqəti və qayğını Prezident İlham Əliyev yüksək səviyyədə davam etdirir. Dövlət başçısının tapşırığına əsasən son beş ildə nazirliyin 12 reabilitasiya və sosial xidmət müəssisəsi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib. Həmçinin Qəbələ Uşaq Reabilitasiya Mərkəzi açılıb, yaxın aylarda Şəmkir Uşaq Reabilitasiya Mərkəzi istifadəyə veriləcək. Prezidentin iştirakı ilə 2021-ci il fevralın 25-də isə Şağan Reabilitasiya Pansionatının əsaslı təmir və yenidənqurmadan sonra açılışı olub.

Digər çıxış edənlər həssas əhali qruplarına, o cümlədən əlilliyi olan şəxslərə xüsusi qayğı göstərilməsi ilə bağlı Ümummilli Liderin əsasını qoyduğu tədbirlərin ildən-ilə genişləndiyini vurğulayıblar. Ölkədə aparılan uğurlu sosial siyasətin əlilliyi olan şəxslərin də sosial müdafiəsi və reabilitasiyası sahəsində mühüm nailiyyətlərə imkan verdiyini bildiriblər. Pansionatın yubileyi və 17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günü ilə əlaqədar müəssisənin əməkdaşlarına, habelə Pansionatda mədəni-kütləvi tədbirlərin təşkilinə dəstək olan qurumlara Təşəkkürnamələr təqdim olunub.

Tədbir DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarlarının da iştirak etdiyi ədəbi-musiqili kompozisiya ilə davam edib.

www.yenicag.az

256
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv