!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Şagird bespredeli”nin HÜQUQİ MƏSULİYYƏTİ: “Yetkinlik yaşına çatmayan şəxslərə qarşı...”

!Reklam – Yazi

“Baş verən hadisə ilə bağlı tədbir görülməsi yalnız məhkəmənin qərarı ilə reallaşa bilər”.

Bu fikirləri şagirdlər arasında baş verən və sosial şəbəkələr vasitəsilə ictimailəşən xoşagəlməz hadisəyə görə nəzərdə tutulan hüquqi məsuliyyəti şərh edən hüquqşünas Fariz Əkbərov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, baş verən hadisənin iştirakçısı olan fərdlər yetkinlik yaşına çatmadıqları üçün onlarla bağlı yalnız profilatik tədbir görülə bilər:

“İnzibati Xətalar Məcəlləsinin 189 və 512-ci maddələrində yetkinlik yaşına çatmayan şəxslərin etdiyi əmələ görə valideynlərə qarşı hər hansı zorakılıq, adam öldürmə yaralama istisna olmaqla, az məbləğlərdə inzibati cəza nəzərdə tutulub. Fərd 14 yaşına kimi azyaşlı, 14-18 yaş aralığında isə yetkinlik yaşına çatmayan şəxs sayılır.

Baş verən məlum hadisə ilə əlaqədar şəxsə müəyyən xəbərdarlıq oluna, yaxud da o fərd hüquq-mühafizə orqanları tərəfindən profilaktik tədbirlər vasitəsilə ərazi üzrə nəzarətə götürülə bilər. Yetkinlik yaşına çatmayan şəxslərin hər hansı zorakılıq, adam öldürmə kimi hallar istisna olmaqla, digər xuliqanlıq hərəkətləri törətməsi cinayət məsuliyyəti yaratmadığı üçün onlara qarşı konkret ağır cəza tətbiq olunmayacaq.

Burada əsas məsələ həm də valideyn məsuliyyətidir. Baş verən hadisə ilə bağlı tədbir görülməsi yalnız məhkəmənin qərarı ilə reallaşa bilər. Yayılmış videonu lentə alan və yayan şəxsə gəlincə, əgər həmin şəxs 18 yaşına çatıbsa, onun haqqında tədbir görülə bilər. Dediyim kimi, həmin şəxslərə qarşı sadəcə, profilaktik tədbirlərin görülməsi mümkündür”.

İsmayıl Bakuvi

www.yenicag.az

319
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv