Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Şagird gündəliklərində biabırçılıq

109876_res_01Orta məktəb gündəliklərində 9 Noyabr – Dövlət Bayrağı günü ilə 18 Oktyabr – Dövlət Müstəqilliyi gününün yerləri səhv göstərilib.

Dövlət Müstəqilliyi günü kimi 9 noyabr, Dövlət Bayrağı günü kimi isə 18 oktyabr qeyd olunub.

Təhsil Nazirliyin mətbuat xidmətindən  bildirilib ki, nazirlik orta məktəb gündəliklərində 9 noyabr – Dövlət Bayrağı günü ilə 18 oktyabr – Dövlət Müstəqilliyi gününün yerlərinin səhv düşməsi ilə bağlı cavabdehlik daşımır.

Nazirlikdən onu da qeyd ediblər ki, bununla əlaqədar olaraq müvafiq araşdırma aparılacaq.

 

www.yenicag.az

301