!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şagird intihara cəhdinin SƏBƏBİNİ açıqladı

!Reklam – Yazi

Ucarda intihara cəhd edən VIII sinif şagirdi Zəhra Əzizova bunun səbəbini açıqlayıb.

Yenicag.az -ın xəbərinə görə, məsələ ilə bağlı APA-ya açıqlama verən Zəhra Əzizova iddia edib ki, intihara cəhd etməsinə səbəb sinif yoldaşlarının və məktəb direktorunun ona qarşı haqsız hərəkətləri olub:

“Yanvarın 6-da sinif yoldaşım Nəzrin mənim saçımdan tutub sürüyüb, paltarlarımı cırıb, məni təhqir edib. Sinif yoldaşlarım neçə müddətdir ki, mənimlə danışmır. Hər gün mənə qarşı haqsızlıq edirlər. Məktəbin direktoruna da demişəm. Nəzrinin anası direktorla dost olduğundan o da həmişə məni haqsız sayır, Nəzrinə tərəf çıxır. Mən də bezdim və özümü öldürmək istədim. Əvvəlcə özümü məktəbin pəncərəsindən atmaq istəsəm də, sonra fikrimdən daşınıb yerdən tapdığım şüşə parçası ilə qolumun damarlarını kəsdim”.

Z. Əzizova deyib ki, ona qarşı edilən haqsızlığın əsas səbəbi əla qiymətlərlə oxuması və sinif nümayəndəsi olmasıdır: “Nəzrin sinif nümayəndəsi olmaq istəyir, ona görə də məni hər gün incidir, sinif yoldaşlarıma da tapşırıb ki, mənimlə danışmasınlar”.

İntihara cəhd edən məktəblinin atası Nicat Əzizov da qızının intihara cəhd etməsinin əsas səbəbkarının məktəbin direktoru Səkinə Səfərəliyeva olduğunu iddia edib: “Artıq 2 ilə yaxındır ki, məktəbdə qızıma qarşı olan haqsızlıq barədə məktəb direktoruna məlumat vermişəm və bu məsələnin həll olunmasını xahiş etmişəm. Səkinə müəllimə də hər dəfə məsələnin həll olunacağını deyib. Amma heç bir tədbir görməyib. Əksinə, vəziyyət o yerə çatıb ki, qızım özünü öldürmək istəyib”.

Nicat Əzizov məktəb rəhbərliyi tərəfindən yaradılmış problemlə bağlı rayon Polis Şöbəsinə və prokurorluğuna ərizə ilə müraciət etdiyini bildirib.

www.yenicag.az

497
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv