!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şagird ÖZBAŞINALIĞI davam edir: Azyaşlı məktəblini DÖYDÜLƏR - VİDEO

!Reklam – Yazi

Ağcabədi rayonu, 2 saylı Xocavənd kənd tam orta məktəbinin 7-ci sinif şagirdi həmin təhsil müəssisəsinin digər şagirdləri tərəfindən döyülüb.

Yenicag.az xəbər verir ki, bununla bağlı videogörüntülər yayılıb.

Kadrlardan görünür ki, döyülən azyaşlı onu hədələyənləri görüb dala çəkilir. Aralarından bir nəfər isə bunu fürsət bilib onu yumruqlayır.

Azyaşlının anası Naimə Əliyeva iddia edir ki, oğlu bu hadisədə xəsarət alıb. Həmin şagirdlər hadisəni telefonla videoya çəkərək sosial şəbəkələrdə paylaşıblar. Bununla isə övladına psixoloji zərbə vurublar.

Hadisədən sonra ailə üzvləri hüquq-mühafizə orqanlarına müraciət ediblər.

Faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsində araşdırma aparılır.

www.yenicag.az

571
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv