!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şagirdlər arasında çoxalan QANLI HESABLAŞMALAR: “Bəzən valideynlər uşaqlarını müdafiə edərək...”

!Reklam – Yazi

“Elə bir intizam sistemi qurulmalıdır ki, insanlar yeniyetmələrin davranışlarına “uşaqdır” deyib keçməsinlər, ona yetkin fərd kimi yanaşsınlar”.

Bu fikirləri orta məktəblərdə şagirdlər arasında şiddət hallarının artmasının səbəbləri haqda danışan psixoloq Vəfa Rəşidova Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, məktəblinin davranışlarını ilk növbədə valideyn tənzimləməlidir:

“Məktəblinin davranışını birinci növbədə ailə tənzimləməlidir. Məktəb ikinci planda olan bir tənzimləyici qurum sayılır. Əgər bir yeniyetmənin davranışlarında pozuntu varsa, o zaman biz gedib həmin gəncin valideyni ilə tanış olsaq görəcəyik ki həmin ailənin özündə ciddi problemlər var. Belə ailələrdə şiddət, təhqir kimi hallar geniş yayılır.

Davranış pozuntusu olan yeniyetmələr öz ailələrində gördükləri basqıya evdə etiraz edə bilmədiklərinə görə bu aqressiya avtomatik olaraq məktəbdə özünü göstərir. Bu sırada məktəblərdə psixoloqların da üzərinə ciddi iş düşür. Amma gəlin sual verək, o məktəbdəki psixoloqlar öz vəzifələrini düzgün icra edə bilirlərmi? Bu, sual altındadır. Məktəb psixoloqları yeniyetmələrlə çox səthi söhbət aparırlar, onıarın davranışına təsir edə bilmirlər.

Düşünə bilərik ki, məktəbdə uşaq çoxdur. Lakin bu ona dəlalət etmir ki, oradakı bütün şagirdlər aqressiv olmalıdırlar. Ən acınacaqlı məqam budur ki, həmin psixoloqlar övladlarının durumu barəsində valideynə məlumat vermirlər. Onlar yeniyetmə ilə görüşüb nəyə görə ağladığını soruşmaqla işlərini bitmiş sayırlar.
Lakin bu belə olmamalıdır.

Yeniyetmənin valideyni məktəbə dəvət olunmalı, psixoloqla görüşməli, şagirdin davranışındakı boşluqlar müzakirə edilməlidir, o ailəyə müəyyən tövsiyələr verilməlidir ki, vəziyyət dəyişsin. Əgər nəticə olmayacaqsa, o halda qəbuledilməz davranış virus kimi başqa şagirdlərə də sirayət edəcək. Bu psixoloqlar bəzən maaşlarının azlığından şikayətlənirlər. Əgər çalışmaq istəmirlərsə, qoy onların yerinə başqa vicdanlı mütəxəssilər gəlsin”.

Mütəxəssis onu da vurğulayıb ki, bəzən valideynlər “uşağım belə şeylər etməz” düşüncəsi ilə öz övladlarının tərəfini saxlayır:

“Bəzən valideynlər də özünümüdafiəyə keçərək övladlarının etdiklərinə haqq qazandırmağa çalışırlar. “Uşağım belə şeylər etməz” deyə onların tərəfini saxlayırlar. İstənilən halda belə hallar cəmiyyətə nə qədər ziyan vurur. Bir şagird gedib öz məktəb yoldaşını bıçaqlayıb öldürür. Burada sadəcə, bir uşaq yox, bir neçə ailə məhv olur. Biri həbs həyatı, digəri isə övlad itkisi yaşayır. Yeniyetmənin taleyinə olan laqeydlik belə itkilərə yol açır. Elə bir intizam sistemi qurulmalıdır ki, insanlar yeniyetmənin davranışına “uşaqdır” deyib keçməsinlər, ona yetkin fərd kimi yanaşsınlar”.

İsmayıl Bakuvi

www.yenicag.az

2144
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv