!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Şagirdlər boşuna təhsil müəssisələrinə gedirlər, heç bir bilik əldə edə bilmirlər" - ETİRAZ

!Reklam – Yazi

Bir neçə gün əvvəl sosial şəbəkələrdə orta məktəblərin birində şagirdlərin müəllimə qarşı hörmətsizlik etməsi ilə bağlı görüntü yayılmışdı. Təhsil Nazirliyindən bildirildi ki, görüntülərin Azərbaycan məktəblərindən hansısa birində çəkilməsi məsələsi təsdiqini tapmayıb. Lakin dünən 165 nömrəli tam orta məktəbi məlumat yayaraq həmin şagirdlərin izahatının alındığını və müəlliməyə isə töhmət verildiyini açıqlayıb. Bu fonda nazirliyin açıqlaması cəmiyyətdə müzakirələrə səbəb olub və qurumun fəaliyyəti tənqid olunub.

Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi Yencag.az-a açıqlamasında bildirib ki, son günlər orta məktəblərdə məlum neqativ halların daha sıx baş verməsi təəssüf doğurur:

“Bunun başlıca səbəbi təhsilin keyfiyyətinin aşağı olmasıdır. Bu gün orta ümumtəhsil müəssisələrində dərslər düzgün şəkildə tədris olunmur, şagirdlər təhsildən kənarda qalırlar. Nəticədə dərslər boş və sorğu-sualsız keçir. Şagirdlər boşuna təhsil müəssisələrinə gedirlər, heç bir bilik əldə edə bilmirlər. Təhsil Nazirliyinin məlum hadisəni sanki ölkəmizdə baş verməmiş kimi qələmə verməsi qeyri-peşəkar yanaşmadır. Ən azından, videogörüntüdə olan bəzi detallar hadisənin Azərbaycanda baş verdiyini açıq göstərir. Bunu görmək üçün nazirliyin əməkdaşlarının dedektiv olmasına ehtiyac yoxdur. Hadisənin Bakıda baş vermədiyini göstərməyə çalışmaq yersiz idi. Əslində, əvvəlki dövrlərdə də bu kimi hallar baş verirdi. Sadəcə əvvəllər informasiya texnologiyalarının inkişaf etməməsi fonunda ictimailəşmirdi.

Məlum neqativ halların qarşısını almaq üçün Təhsil Nazirliyi tərəfindən məktəb rəhbərlərinə müvafiq göstərişlər verilməli, müəllimlərə təlimlər keçirilməli və nəzarət mexanizmi yaradılmalıdır. Yaxşı olardı ki, Təhsil Nazirliyi və Daxili İşlər Nazirliyi arasında razılıq baş tutsun və bütün təhsil müəssisələrində hüquq-mühafizə orqanı əməkdaşları olsun. Bununla yanaşı, auditoriyalarda kameraların quraşdırılması məqsədəuyğundur. Müəllimin nüfuzunun bərpa olunması üçün müəyyən addımlar atılmalıdır”.

Gülşən Şərif

www.yenicag.az

559
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv