!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şagirdlər üçün “MiniLab” layihəsi çərçivəsində seminarlar keçirildi

!Reklam – Yazi

“Düşüncə” gənclərin inkişafına dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Öz labaratoriyanı yarat –şagirdlər üçün MiniLab” adlı layihə çərçivəsində Lənkəran şəhərində yerləşən 2 saylı orta məktəbdə 9-11 sinif şagirdləri üçün seminarlar təşkil etmişdir.  

Layihənin rəhbəri, “Düşüncə” gənclərin inkişafına dəstək İctimai Birliyinin sədri Orxan Ağasizadə bildirmişdir ki, layihə əsaslı təlim yanaşmasının əsas məqsədi şagirdlərə mövcud məlumatları ötürməkdənsə, informasiya bacarıqlarına çıxış imkanını təmin etməyin daha effektiv yanaşmadır və bu yanaşmada müxtəlif informasiyalar arasındakı əlaqələri görə bilən, məlumatları təhlil edən və yeni məlumatlar istehsal edən, istehsal etdikləri məlumatları başqalarının xidmətinə təqdim edən fərdlərin yetişdirilməsi əsas məqsəd olmalıdır. O qeyd etmişdir ki, “Öz labaratoriyanı yarat –şagirdlər üçün MiniLab” adlı layihənin də mahiyyətində qeyd olunan məqamlar dayanır.

Layihənin eksperti Aysel Rəhimli şagirdlərə PBL-Project Based Leraning – layihə əsaslı öyrənməyə, problemləri həll etməyə, düşünməyə, sual verməyə, məlumat əldə etməyə, emal etməyə və özünəməxsus şəkildə problemləri qarşılaşdırmağa imkan verən əlverişli və geniş tətbiq edilən, həm fərdi, həm də komanda şəklində həyata keçirilə bilən layihələr sayəsində sinif yoldaşları ilə birgə işləmək imkanı verən metod haqqında geniş bilik və informasiyalar vermişdir.

Seminarda bildirilmişdir ki, layihə təklifləri müəllim və ya uşaq tərəfindən təsadüfən aşkar edilmiş hadisə və ya problemlə bağlı ola bilər. Layihə yanaşması ilə aparılan dərinləşdirilmiş imtahanlar zamanı uşaqlar mövzu ilə əlaqədar həll yollarını taparkən müəllim problemləri formalaşdırır və uşaqlara həll yolları və qaynaqlar tapmağa kömək etməklə fasilitator rolunu oynayır və layihənin sonunda son məhsul ortaya çıxır, ideya layihəyə çevrilir. Seminarda qeyd olunmuşdur ki, layihə əsaslı öyrənmə metoddan daha çox yanaşmadır. Layihələr kiçik yaşlı uşaqların məktəbdənkənar həyatları ilə əlaqələndirərək dramatik oyun, sənətkarlıq və rəsm kimi fəaliyyətlərini zənginləşdirir. Suallar vermək və araşdırma aparmaqla yanaşı, uşaqlar öz fəaliyyətlərinə qərar verirlər, onlarda problem həll etmə bacarıqlarını inkişaf etdirmək imkanı yaranır, öyrəndiklərini bölüşərək həm də əldə etdikləri biliklərdən layihələrdə istifadə edə bilərlər.

Seminar Lənkəran şəhərində yerləşən 2 saylı orta məktəbdə 9-11 sinif şagirdləri üçün ümumilikdə 100 iştirakçı arasında keçirilmişdir. Seminarda ekspert iştirakçıların suallarını cavablandırmış, seminar müzakirələrlə davam etmişdir. Seminar iştirakçılarına bukletlər paylanmış və yekunda onlara sertifikatlar təqdim olunmuşdur.

www.yenicag.az

128
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv